Menu
Geri İrəli

Obamadan dünyanın gələcəyi haqda qorxulu ANONS

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2016 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

“Onilliklər boyu dünyanın müxtəlif bölgələrində qeyri-sabitlik qalacaq”
obama 

“Beynəlxalq terrorizmin məhv edilməsi beynəlxalq təhlükəsizlik sisteminin qorunması üçün vacib şərtdir”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Konqresdə “Ölkənin vəziyyəti barədə” çıxışında bəyan edib. O bildirib ki, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: “Birinci dərəcəli prioritet Amerika xalqının müdafiəsi və terrorçu şəbəkələrin məhv edilməsidir. “Əl Qaidə” və İŞİD qruplaşmaları bizim vətəndaşlarımıza birbaşa təhdid törədir”.

B. Obamanın sözlərinə görə, hətta İŞİD neytrallaşdırılsa belə, Yaxın Şərq, Əfqanıstan, Pakistan, Mərkəzi Amerika və Afrikanın müxtəlif bölgələrində onilliklər boyu qeyri-sabitlik qalmaqda davam edəcək. ABŞ prezidenti qeyd edib ki, terrorla mübarizədə qələbə çalmaq üçün Konqres silahlı qüvvələrinin ölkə sərhədlərindən kənarda istifadəsinə icazə verilməsi ilə bağlı qanun layihəsini təsdiqləməlidir.

B. Obamanın bu çıxşı onun prezident vəzifəsində Konqresdəki son nitqidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın