Menu
Geri İrəli

Oğuz və Qəbələdə meşə yanğınları – Helikopter cəlb edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

783945Oğuz və Qəbələdə meşə yanğınları baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub. Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb.

Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın