Menu
Geri İrəli

Oktyabrın 1-nə kimi hava yağıntılı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2016 • Baxış sayı: 665 dəfə • Şərh yoxdur

hava1Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12° isti olacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın