Menu
Geri İrəli

Ombudsman Sumqayıtda şəhid ailələrinə baş çəkib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2016 • Baxış sayı: 106 dəfə • Şərh yoxdur

1460016693Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova son günlər cəbhə bölgəsində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş polkovnik leytenant  Raqub Cahangir oğlu Orucov və gizir  Murad Vaqif oğlu Məmmədovun Sumqayıt şəhərində yaşayan ailələrinə baş çəkib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman onların döyüşlərdə göstərdikləri şücaəti və vətənpərvərliklərini yüksək qiymətləndirərək, Şəhidlərin yaxınlarına baş sağlığı verib, Allahdan onlara səbir diləyib və şəhidlərin qisasının yaxın zamanlarda layiqincə alınacağına, mənfur düşmənlərin zəbt olunmuş torpaqlarımızdan təmizlənəcəyinə ümid etdiyini bildirib.

Şəhidlərin ailə üzvləri və yaxınları əzizlərinin Şəhidlik zirvəsinə yüksəlmələri ilə fəxr etdiklərini və “Vətən sağ olsun!” söyləyərək onlara göstərilən qayğıya, diqqətə və şəhidlərin ruhuna göstərilən yüksək hörmətə görə, başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqına minnətdarlıqlarını bildirib.
Bu görüşlərdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın