Menu
Geri İrəli

“Onu zorlamışdılar…” – Qızını öldürən anadan şok etiraf

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 2,556 dəfə • Şərh yoxdur

Sad-girl-miss-you-so-much-HD-wallpaperXəbər verdiyimiz kimi, bu gün Bakıda dəhşətli qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib.

sputnik.az saytı hadisə ilə bağlı bəzi tükürpədici təfərrüatlar əldə edib. Məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.

Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın