Menu
Geri İrəli

Övladlığa verilmiş 200 azərbaycanlı uşaq geri alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2016 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

usaqlarAzərbaycanda hər il xeyli kimsəsiz uşaq müxtəlif ailələr tərəfindən övladlığa götürülür. Övladlığa götürülən 3 yaşına qədər uşaqlar Səhiyyə Nazirliyinin, 3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyinin nəzdindəki müzəssisələrdə yaşayanlardır.

Lakin bir sıra hallarda övladlığa götürülən uşaqların heç də hamısının bəxti gətirmir. Və məhrəmələr vasitəsilə övladlığa götürülən uşaqları barədə qərarlar ləğv edilir. Bu, övladlığa götürənin davranışları və digər səbəblərdən baş verə bilir.

Lent.az xəbər verir ki, modern.az saytı son bir neçə ildə övladlığa götürülməsi barədə qərarlar ləğv edilən uşaqların sayını dəqiqləşdirib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə 60, 2014-cü ildə 69 nəfər uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.

2015-ci ildə isə 66 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib. Bəxti gətirməyən 1-17 yaşlı bu uşaqlardan 30-u qız, 36-sı isə oğlandır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə 961, 2014-cü ildə 918, 2015-ci ildə 805 uşaq övladlığa götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın