Menu
Geri İrəli

Özünü qatarın altına atan qadının əri: “Gizlicə telefon işlədirdi” – TƏFƏRRÜAT – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 855 dəfə • Şərh yoxdur

qatar2Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.

İntihara cəhd edən qadının əri Rəvan Əlizadə report-a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: “Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nə bilim ki, gedib özünü qatarın altına atar?!”

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.

———–

15:40

Lənkəranda qadın özünü qatarın altına ataraq, intihara cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Velədi kəndində hələlik kimliyi məlum olmayan qadın özünü öldürmək istəyib. Özünü qatarın altına qadın ağır xəsarət alıb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyəti ağırdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın