Menu
Geri İrəli

Parisdə terror aktları:128 ölü – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2015 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

9ŞİD Fransa dövlətinin mərkəzinə zərbə endirdi.

Paris prokuraturası şəhərdə törədilən terror aktları nəticəsində 128 nəfərin öldüyünü bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters qurumdakı mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən 99 nəfər kritik vəziyyətdədir.

Bundan əvvəl ən azı 150 nəfərin qöldüyü barədə məlumat verilirdi.

07:36

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.

Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.

Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.

Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib, əmliyyat keçirilir, yaralıların evakuasiyası davam edir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın