Menu
Geri İrəli

Parlament jurnalistlərinin sədri: “İnzibatçıların müdaxiləsi olmasaydı…” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur
Share Button

12834670_1046917781998043_394503828_nBir neçə gün öncə Türkiyənin İstanbul şəhərində keçirilən “Xaricdən Milli Baxış” Forumu bir çox məqamları ilə yadda qaldı.“İRƏLİ” təşkilatı tərəfindən keçirilən Forumda 19 ölkədə fəaliyyət göstərən 20 azərbaycanlı gənclər təşkilatları təmsil olunub.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyətində təmsil olunan  Parlament Jurnalistlərinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı keçirilən tədbirlə bağlı Turkustan.info saytının suallarını cavablandırıb.

- Elşad bəy, əvvəlcə bilmək istərdik, siz bu foruma hansı statusla qatılmışdınız?

- Öncə belə bir Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. “İRƏLİ” təşkilatı xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları ilə bağlı yeni bir işə imza atdı. Türkiyədə azərbaycanlı gənclərin birləşdiyi İNDEX-in üzvlərinin də bu işdə böyük əməyi keçdi. Hesab edirəm ki, bu Forum indiyədək azərbaycanlı gənclərin toplaşdığı və ən əhəmiyyətli bir toplantı idi. Bu, yalnız mənim fikrim deyil. Foruma toplaşan gənclərin hər biri bu təəssüratla geri döndülər. Demək olar ki, 3 gün ərzində gənclərimiz dayanmadan işlədilər. Ciddi müzakirələr, ayrı-ayrı ölkələrdə azərbaycanlı gənclərin fəaliyyətlərinin dəyərləndirilməsi və s.

Diqqəti çəkən mühüm məsələlərdən biri də o idi ki, Forum bundan əvvəlki buna oxşar toplantıları müzakirəyə çıxarmadı. Daha çox qarşıda duran işlər, hədəflər müzakirə olundu. Hər bir məsələ geniş şəkildə müzakirə olundu. Müzakirə olunan hər hansı məsələ açıq qalmadı. Gənclərimiz biri-birlərinə necə dəstək verəcəklərini də müzakirə etdi. Bilrisiniz, bəzən mediada, yaxud sosial şəbəklərdə müasir Azərbaycan gəncliyi ilə bağlı yerli-yersiz müzakirələrin şahidi oluruq.

Ancaq azərbaycanlı gənclərin son İstanbul Forumundan sonra məndə gəncliyimizə böyük güvən, inam yarandı. Birmənalı şəkildə demək olar ki, bu gün bizim fəxr ediləsi gəncliyimiz var. Bu gənclik üzləşdiyi mərhumiyytələrə baxmayaraq, gördüyü işdən zövq alır, Azərbaycan üçün yorulmadan çalışır. Bu gənclik ağıllı, ölkəsini, dövlətini, millətini, Qarabağı düşünən gənclikdir. Forumda fasilələr zamanı mən 19 ölkədən olan gənclərimizlə fərdi şəkildə söhbətlər apardım. Onlarla qürur duydum.


- Özünüzün hansı statusla həmin tədbirə qatılmağınız barədə danışmadınız…

- Forumun ikinci günü mənim Xocalı soyqırımından bəhs edən “Böyüməyən uşaqlar” kitabım və bu kitab əsasında hazırlanan eyni adlı filmimin təqdimatı oldu. Kitabın və filmin iştirakçılar tərəfindən necə qarşılanması barədə fikir səsləndirməyim doğru olmaz. Yalnız onu deyə bilərəm ki, gənclərimizin şəxsi təşəbbüsü ilə bu kitab və film onların  yaşadıqları ölkələrin hər birində təqdim olunacaq. Kitab və filmin təqdimatından sonra Gənclər, Qarabağ və Media panelini mən apardım. Çox geniş müzakirə oldu. Təsəvvür edin ki, gündüz saat dörddən başlayan müzakirələr dayanmadan saat səkkizə qədər davam etdi. İnzibatçıların müdaxiləsi olmasaydı hesab edirəm ki, daha 4 saat davam edəcəkdi.

Bu, gənclərimizin Qarabağ məsələsinə münasibəti idi. Mən bir daha şahidi oldum ki, Azərbaycan gəncliyi öz vətənini orta və yaşlı nəsildən daha çox sevir, Vətənə daha çox bağlıdır. Ən sevindirici hal odur ki, gənclər öz yaşadıqları ölkələrin ictimai fikrini yaxından bilir və Azərbaycanla bağlı fəaliyyətlərini buna uyğun şəkildə qururlar. O gənclər içərisində ermənilərlə qarşıdurmada polisin Azərbaycan bayrağını yığışdırmasına etiraz olaraq bütün həyatlarını təhlükəyə atanlar da var idi. Hətta onları buna görə həbslər, böyük məbləğdə cərimələr və təsil aldıqları universitetlərdən xarix edilmək təhlükəsi də gözləyir. Mən bu məlumatı təsadüfən eşitdim və həmin gənclə xeyli söhbət etdim. O, məndən bu məsələnin kimsəni bilməməsini xahiş etdi, ictimailəşdirmənin əleyhinə olduğunu bildirdi. Əlavə olaraq dedi ki, bu, xaricdə olan hər bir azərbaycanlı gəncin can borcudur.

- Bu Forumun davamı olacaqmı?

- Əslində bu, mənim cavab verə biləcəyim sual deyil. “İRƏLİ”-nin rəhbəri Mirhəsən Seyidovla bu barədə geniş müzakirəmiz oldu. O, gənclərimizin qarşılaşdığı məsələlərə yaxından bələddir. Və qeyd etdi ki, azərbaycanlı gənclərin toplanması davam etdiriləcək. Bu məsələdə bizim üzərimizə hansı yük düşürsə, onu götürməyə hazırıq.

Modern.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın