Menu
Geri İrəli

Pərvin Abıyevanın “Porsche”sinə həbs qoyuldu, cərimə meydançasına aparıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2017 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur
Share Button

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

Report-a istinadən xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı, “Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. “Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.






 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın