Menu
Geri İrəli

Pilot Rövnəq Abullayevə: Canından bezmisən? – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2015 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

verta“Yanğın imkan vermir, riskdi”.

Bu gün Dövlət Neft Şirkətində “Günəşli” yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, SOCAR-ın vitse-prezident Xaliq Məmmədov platformada 4 qayığın olduğunu, onlardan ikisindən istifadə edildiyini bildirib:

“Dünən yanan platformaya vertolyotu otuzdurmaq üçün altı cəhd olundu, lakin alınmadı.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev helikopterin pilotundan platformaya enməyi xahiş etdi.

“Canından bezmisən? Mənim ailəm var, 2 uşaq atasıyam. Yanğın buna imkan vermir, riskdi”, – pilot bildirib.

İşçilər qaydaya uyğun olaraq davranıblar, suya düşə bilməyiblər ki, dalğa böyük idi, yuxarıda qala bilmirdilər, çünki yanğın idi. O biri qayığı isə Allah elə edib ki, külək həmin qayığı platformanın ayaqlarının arasına sıxışdırıb. Elə bil ki, əllə ora qoymuşdun. Külək o qayığı tərpətsəydi, onları da itirə bilərdik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın