Menu
Geri İrəli

Prezident akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

Mayın 8-də Heydər Məscidində tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub.Prezident İlham Əliyev hüzr mərasimində iştirak edib.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.

5d913880f1c10b23d8a0f18ddd2230f4 a2126ac2201c10b48702d8200309606f

Facebook Şərhləndirmə:

Şərhinizi yazın