Menu
Geri İrəli

Prezident Bakıda ilk sosial binanın təməlini qoydu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2016 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur
Share Button

ilham-aliyevAzərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Azərtac xəbər verir ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoydu.

Sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın