Menu
Geri İrəli

Prezident general-mayoru işdən çıxardı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur

axar.az1389626134ilhamPrezident İlham Əliyev Müdafiə Nazirliyinin general-mayorunun ehtiyata buraxılması barədə sərəncam imzalayıb.

Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirdilər ki, bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.

Məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də öz arzusu ilə Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit – general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər. Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M. Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.

Fəxrəddin Cəbrayılov- General-mayor

Xatırladaq ki, 2 gün əvvəl Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirildiyi, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunduğu barədə məlumatlar yayılıb.

Məlumata görə, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.

Yayılan məlumatlar arasında Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirildi. Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasov, Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov, Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovun da ordu sıralarından çıxarıldığı bildirilirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın