Menu
Geri İrəli

Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman verib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2017 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

3cd5f2e146e1a7f770a0b8f3014c23a6Prezident İlham Əliyev 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında yeni fərman verib.

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Bu rəqəm indiyədək 85 faiz idi.

Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın