Menu
Geri İrəli

Prezident icra başçılarına göstəriş verib – Sosial mənzillərlə bağlı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2016 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur
1437716014_ilham-1824iyulAzərbaycanda ipoteka kreditləşməsi iyun ayından etibarən bərpa olunacaq.
Bunu azvision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, hazırda sənədləşmə işləri aparılır: “İpoteka ilə bağlı böyük dəyişiklik edildi. Bildiyimiz kimi, cəmiyyətin tabeçiliyi dəyişdirildi. Bu, müəyyən qədər vaxt aparan iş idi. Hazırda hüquqi sənədləri hazırlanır. Sənədlər bu ay başa çatacaq ki, iyun ayından ipotekanın verilməsi bərpa olunsun”.
Sosial mənzillərin tikilməsi ilə bağlı məsələyə toxunan V.Əhmədovun sözlərinə görə, artıq bir sıra rayonların icra başçılarına bununla bağlı göstərişlər verilib: “Rayon icra hakimiyyətləri həmin məzillərin tikilməsi ilə əlaqədar layihələr üzərində işləyirlər. Hazırda bu işlər davam etdirilir. Düşünürəm ki, artıq sentyabr ayından etibarən bunun nəticəsini görəcəyik”.
Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb.
Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın