Menu
Geri İrəli

Prezident Nardarana 12 milyon manat ayırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2015 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

axar.az1389626134ilhamQəsəbədə 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

APA-nın məlumatına görə, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın