Menu
Geri İrəli

Prezident səs verdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2016 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur

Sentyabrın 26-sı Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) günüdür.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

ilham-sesci 14748659812045959155_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın