Menu
Geri İrəli

Prezident: “Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq…”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2017 • Baxış sayı: 2,081 dəfə • Şərh yoxdur

ilham_aliyev_160113

“Biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülüb, sosial infrastruktur layihələri geniş vüsət alıb: “Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir. Bu proqramı icra etmək üçün, ilk növbədə, səhiyyə sahəsində islahatlar aparılmalı və müasir infrastruktur yaradılmalı idi. Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər – bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçib. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bizim siyasətimiz 3 mindən artıq məktəbin tikilməsində, maaşların, pensiyaların artırılmasında özünü göstərir. Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır. Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın