Menu
Geri İrəli

Prezident Yalamada – Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2016 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verilib. Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.

Prezident daha sonra Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub. Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoyub və burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.

***

13:57

Prezident İlham Əliyev Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxıb.

Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Diqqətə çatdırılıb ki, avtomobil yolunun inşası zamanı 108 min kubmetr torpaq işləri görülüb. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 120,6 min kubmetr çınqıl və qum-qırmadaş, 30 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

5d73c038fd6fbbfd7b72e09624ed5892 5957516fcb348ac93ff04e39521fdc8e 2a0c83e9dc100d2623f18fccc138b282

Facebook Şərhləndirmə:

Şərhinizi yazın