Menu
Geri İrəli

Prezident Yardımlıya icra başçısı təyin etdi – Sərəncam

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 735 dəfə • Şərh yoxdur

ayaz-esgerovPrezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib. “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə o, Yardımlı İcra Hakimiyyətinə rəhbər təyin olunub.

Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovu vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Yaxın saatlarda sərəncamın açıqlanacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın