Menu
Geri İrəli

Prezident zabitimizə Milli Qəhrəman adı verdi – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2016 • Baxış sayı: 2,166 dəfə • Şərh yoxdur

Samid İmanovAzərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dördgünlük müharibə zamanı Talış kəndi ətrafındakı yüksəkliklərin ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Ordusunun mayoru Samid İmanova  Milli Qəhrəman (ölümündən sonra) adı verib.

Məlumatı Axar.az-a şəhid zabitimiz Samid İmanovun xalası oğlu Əsgər Sarıyev təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada (həmçinin Milli Qəhrəman adına) layiq görülüb, orden və medallarla təltif olunub.

Şəhid İmanov Samid kimdir?

 Bloger Tofiq Şahmuradov Milli Ordunun  zabiti, son döyüşlər zamanı şəhid olmuş İmanov Samid Gülağa oğlunun keçdiyi həyat yolu və göstərdiyi qəhrəmanlıqlar haqda Facebookda maraqlı yazı paylaşıb. Blogerin paylaşdığı yazını təqdim edirik:

Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz acıb.

1998-ci ildə Neftcala rayonunun 1-saylı orta məktəbi bitirmiş və həmən il Ali Hərbi Məktəbə daxil olmuş, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir.

Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″ ,”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında,
İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumuniya Respublikasında “dağa dırmanma üzrə təlimatcı kursunda iştirak etmişdir.

2004-cü ilin iyun ayından Xüsusi Təyyinatlı hərbi hissədə “Qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmişdir.

Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbiçilərdən biri olub.
Şəhid olmamışdan öncə genştabda son kursda oxuyurdu (gələcəyin generala real namizədlərdən olduğu ücün nazirlik tərəfindən göndərilmişdi)

Bundan başqa, Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir.

Samid İmanov Göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılmışdır.

Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuş , dəfələrlə düşmənin arxasına kecmiş, komandanlığa cox vacib materiallar gətirmişdir. Qeyd etdiyim kimi, 6 medala layiq görülmüş Silahlı Qüvvələrin ən bacaraqlı zabitlərindən biri olmuşdur.

2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samidin dəstəsi əməliyyat kecirtmiş 20ye yaxın ermənini məhf edərək geriyə qayıtmışdılar
2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü Vətənə, millətə həsr etmiş zabitimizin son döyüşü olmuşdur.

Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarılmasına etiraz eləmiş yaralı əsgərinin(gizir) cıxardılmasını əmr etmişdir ,əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş vermişdir

Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, ama komandiri yerində tapa bilməmişlər.

Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin  aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın