Menu
Geri İrəli

Prezidentdən Mehriban Əliyevaya mükafat (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2015 • Baxış sayı: 611 dəfə • Şərh yoxdur

mehriban aliyevaPaytaxtdakı “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbirdə iştirak edən prezident İlham Əliyev Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və uğurla başa çatdırıldığını bildirib.

Dövlət başçısı Bakıda keçirilən möhtəşəm yarışda yüksək əməyi olan ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanım Mehriban Əliyevanın Azərbaycanın ən yüksək ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunduğunu deyib.

Bundan əlavə, nazir Azad Rəhimov, eləcə də föqəladə hallar naziri Kəmaləddin Heydərov “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Ümumiyyətlə, “Heydər Əliyev” ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Milli Məclis tərəfindən qərara alınıb və Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” 22 aprel 2005-ci il tarixli Qanunu ilə təsis edilib.

İndiyədək 16 şəxs bu ali mükafata layiq görülüb. Siyahı belədir:

28.04.2005 — İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə).

29.04.2005 — İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə).

29.01.2007 — Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

27.03.2007 — Mstislav Leopoldoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə).

21.05.2008 — Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

27.11.2008 — Tahir Teymur oğlu Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

4.06.2009 — Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

02.07.2009 — Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

10.08.2009 — Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

18.04.2011 — Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

14.11.2011 — Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

11.07.2012 — Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

13.09.2013 — Arif Məlikov, SSRİ xalq artisti (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

11.11.2013 — Abdullah Gül, Türkiyə Respublikasının 11-ci prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).

17.11.2013 — Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

02.09.2014 — Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

Mükafat alanlar arasında I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran İlahə Qasımovanın da adı var. ANS PRESS-in məlumatına görə, o prezidentin təqdim etdiyi “Tərəqqi” medalının fotosunu İnstagram səhifəsində yerləşdirib və qayğıya görə dövlət başçısına təşəkkür edib.


I Avropa Oyunları iyun ayının 12-dən başlayıb. 17 gün davam edən idman bayramı ötən gün yekunlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın