Menu
Geri İrəli

Prezidentin köməkçisi manatdan danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

600@0Həyata keçirilən devalvasiyalardan sonra manat fundamental məzənnəsini tapmaqdadır. Bunu Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. “Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur”.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Manat öz fundamental dəyərini almaqdadır”.

N.Əmirov deyib ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş ölkə kimi qlobal sikldan kənarda qala bilməz.

O bildirib ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması, idxalın əvəzlənməsi, dövlət dəstəyinin gücləndirilməsi istiqamətində müəyyən qərarlar qəbul edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın