Menu
Geri İrəli

Prezidentlər razılaşdı: Növbəti addım…

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur
Share Button

212954_srcAzərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.

XİN-dən Axar.az-a daxil olan bəyanatda deyilir:

“Ermənistan Respublikasının Prezident Serj Sərkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçiriblər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın