Menu
Geri İrəli

Prokuror Sumqayıtda xalasını qətlə yetirən şəxsə 20 il həbs cəzası istəyib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2017 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur

mehkeme hakimBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

O, R. Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elman Ağayev çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 22-də Sumqayıt şəhərində baş verib. R. Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqda öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın