Menu
Geri İrəli

Putin, Əliyev və Sarkisyan razılığa gəldilər – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur
Share Button

40a3081f-fcdb-4e5a-91a5-bdadc80a6f43

Danışıqlar Konstantinov sarayında keçirilib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanma prosesində dayanıqlı inkişafın əldə olunması ilə bağlı üçtərəfli bəyanatı müzakirələr ediblər:

“Son günlər Dağlıq Qarabağda atəşkəsə əməl olunur. Dövlət başçılarının görüşündə onları müşayiət edən şəxslər və köməkçilər iştirak etməyiblər”.

18:31

Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında üçtərəfli görüş başlayıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar Strelnada Konstantinov sarayında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Qeyd edək ki, bundan əvvəl V.Putin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda görüşlər baş tutub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın