Menu
Geri İrəli

Putin İlham Əliyevin evində – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2016 • Baxış sayı: 1,815 dəfə • Şərh yoxdur

aliyev putinAvqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Azərtac xəbər verir ki, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın