Menu
Geri İrəli

Qabilin yubileyi ilə bağlı müsabiqənin qalibləri təltif olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2016 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur

Noyabrın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq şairi, ictimai xadim Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qalib və iştirakçılarının təltifolunma mərasimi keçirilib.

Mərasimdə yazıçı, publisist, şairin oğlu Mahir İmamverdiyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndələri, MKS direktorları və filial müdirləri iştirak edib.

Tədbirdə müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova və Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Nüşabə Ələkbərova tərəfindən Fəxri Fərman və hədiyyələrlə, münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibi seçilən 4 məktəbli oxucu isə eynidərəcəli diplomla təltif olunublar.

Həmçinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səslənib, müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib, şairin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.

mahir mahir3 mahir34

Facebook Şərhləndirmə:

Şərhinizi yazın