Menu
Geri İrəli

Qadınları qarət edən Sumqayıt sakininə hökm oxundu

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2015 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur

96.jpg.pagespeed.ce.J6DWQOSbppAğayev ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Tahir Ağayevin CM-nin 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Bu il yanvarın 30-da Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Tahir Ağayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub. İstintaqla müəyyən olunub ki, ötən il oktyabrın 19-da təqsirləndirilən şəxs Sumqayıt şəhərində vətəndaş Nabat Xaliqovaya zor tətbiq edərək, ona məxsus 100 manat pulunu qarət edib.

Bundan əlavə, bu il yanvarın 7-də Nəsimi rayonu ərazisində Tahir Ağayev paytaxt sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək içərisində 50 manat, 100 dollar, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Zərərçəkənlər polisə şikayət edəndən sonra, həm Sumqayıt, həm də Bakıda şübhəli şəxsin axtarışı başlanıb, lakin onu tutmaq yanvar ayının axırında mümkün olub.

Məhkəmə prosesində T.Ağayev ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (oxu.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın