Menu
Geri İrəli

“Qarabağ” – “Kopenhagen” oyununun biletləri üçün misli görünməmiş növbə

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2017 • Baxış sayı: 676 dəfə • Şərh yoxdur
Share Button

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Klubun rəsmi saytında bildirilir ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 – 10 manat arası dəyişir. VİP sektoru üçün isə 50 manat təşkil edir.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın