Menu
Geri İrəli

“Qarabağ” qələbə üçün vuruşdu, amma alınmadı – 1:2 – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 136 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb. “Qarabağ” ikinci matçında da məğlub olub.

Musavat.com xəbər verir ki, bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.

Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşmaya hər iki komanda yüksək əhval-ruhiyyədə çıxıb. 60 mindən çox azarkeş tutumu olan stadionun böyük hissəsi azarkeşlər dolu olub. Yağan yağışa baxmayaraq sadiq azarkeşlər komandamızı tək buraxmayıblar.

“Qarabağ” Çempionlar Liqasının debütantı olduğundan qarşılaşmanın favoriti təbii ki, “Roma” hesab olunurdu. İlk matçında “Atletiko” ilə qolsuz heç-heçə edən Eysebio de Françeskonun yetirmələri azarkeşlərinin gözlədiyi qələbəni Bakıda əldə etmək niyyətində idi. Heyəti ulduz futbolçulardan qurulmuş İtaliya təmsilçisi növbəti mərhələyə vəsiqə üçün bu matçda qələbə qazanmaq istəyirdi və buna nail oldu. İlk hissəni 1-2 hesabı ilə öndə qapadan “Roma”, ikinci hissədə də qol vurmaq irəli atıldı, amma “Qarabağ” rəqibə 3-cü qol üçün şans vermədi.

Azərbaycan təmsilçisi bərabərlik qolu üçün çox çalışsa da, bu cəhdlər uğursuz alındı. Bir neçə dəfə qol şansı əldə edən “Qarabağ” bu şansları dəyərləndirə bilmədi.

Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) – 1:2

Qollar: Pedro, 28 – Manolas, 7, Dzeko, 15
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson
Baş məşqçi: Eysebio Di Françesko

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın