Menu
Geri İrəli

«Qarabağ»ın futbolçusuna ağır itki: Qızı dünyasını dəyişdi (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2017 • Baxış sayı: 628 dəfə • Şərh yoxdur
Share Button

Qarabağ” klubunun haitili futbolçusu Donald Geryeyə ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, 28 yaşlı futbolçunun azyaşlı qızı Miah dünyasını dəyişib.

1 yaş 6 aylıq körpənin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.

Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda edib. O, ikinci hissədə oyuna daxil olub və 83-cü dəqiqədə qolla yadda qalıb. Həmin görüşdə “Qarabağ” rəqibinə 5-0 hesabı ilə qalib gəlib.

 

 



 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın