Menu
Geri İrəli

“”Qasım otağı”nın üstündə deşik qoyub, pul yığırsınız!” – ŞEYX QƏZƏBLƏNDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2017 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

sheyxQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım otağı”nda pul yığdığı üçün irad tutub.

APA-nın məlumatına görə, QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.

Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: “Siz orada “Qasım otağı” yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığşdırın”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın