Menu
Geri İrəli

Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 135 dəfə • Şərh yoxdur
Share Button

elektrik2Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.

/Report/

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın