Menu
Geri İrəli

Qəbələdə yanğın davam edir – Kəmaləddin Heydərov hadisə yerində

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2017 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur
Avqustun 28-dən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət (46 nəfər Bakı qarnizonu şəxsi heyyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunub
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə rayonundadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın