Menu
Geri İrəli

Qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri mükafatlandırılıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

15049577832510140810_1000x669Qubadlı Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayan qubadlılı gənclərlə görüş keçirilib. Görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları rayon icra hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra akt zalında davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tələbə adını qazanan gəncləri təbrik edib. Çıxışına ulu öndər Heydər Əliyevin “Təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz!” sözləri ilə başlayan icra başçısı bildirib ki, bu mənada elm və təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O, son illər təhsilin inkişafına yönələn dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Tədbirdə bildirilib ki, rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 11-i yeni tikilib, 21-i isə əsaslı təmir olunub. Eyni zamanda, 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Bu il Qubadlının ümumtəhsil məktəblərini bitirən 491 məzundan 301-i ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında iştirak edən 49 məzun 500-600 arası, 16 məzun isə 600-dən yuxarı bal toplayıb. Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İlyas Süleymanov, valideynlər və yüksək balla tələbə adını qazanan gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda qəbul imtahanlarında yüksək bal toplamış gənclər rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın