Menu
Geri İrəli

Qəhrəman hərbçilərimiz təltif edildi – SƏRƏNCAM

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 682 dəfə • Şərh yoxdur

ilham aliyev imzaPrezident İlham Əliyev aprelin 2-dən 6-dək cəbhədə aparılan əməliyyatlarda fərqlənən hərbçilərin bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb.

 AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

 Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın