Menu
Geri İrəli

Qənirə Paşayevadan dollar kreditləri ilə bağlı çağırış

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Yanvar 2016 • Baxış sayı: 597 dəfə • 1 şərh
qenireDeputat Qənirə Paşayeva banklara dollarla kredit borcu olan vətəndaşların probleminə münasibət bildirib. Musavat.com xəbər verir ki, o, “Facebook”da bu barədə yazıb. Qənirə Paşayeva bildirib ki, devalvasiyanın kredit ödənişində ciddi problem yaratdığı vətəndaşlardan biri ilə görüşüb:
“Bu axşam dollarla kredit götürmüş bir ailənin içimi sızladan hekayəsini dinlədim. Kirayədə yaşayan bu gənc ailə Qobuda özlərinə balaca bir ev tikib köçə bilmək üçün bir az kredit götürüblər və devalvasiyadan sonra artıq ciddi ödəmə sıxıntısı çəkdiklərini və banka da bu barədə məlumat verdiklərini söylədilər. O qədər qayğılı və üzüntülü idilər ki…
Hesab edirəm ki, ilkin mərhələdə ən azı dollarla 5 minə qədər kredit görütmüş insanların banklara ödəmələri əvvəlki kursla hesablanmalıdır. Çünki 5 minə qədər dollarla kredit götürən insanlar daha çox əhalinin maddi imkanları çox aşağı təbəqəsidir və əksəriyyəti çox ciddi bir problemini həll etmək üçün kredit götürüb və devalvasiyadan sonra onların banka ödəmələrində ciddi narahatlıq yarana bilər. Ona görə də onların əvvəlki kursla ödəmələri davam etdirməsi çox vacibdir. Ümid edirəm ki, bu sahəyə cavabdeh şəxslər bu istiqamətdə araşdırma apararaq dollarla kredit götürmüş maddi imkanları zəif ailələrin ödəmə şərtlərini yüngülləşdirəcək bir yol tapacaqlar. Bu gün dərdinə kömək aramaq üçün gəlmiş gənc ananın gözlərindəki üzüntü, kədər hamımızı bu barədə daha çox düşünməyə çağırır”.

 

Facebook Şərhləndirmə:

“Qənirə Paşayevadan dollar kreditləri ilə bağlı çağırış” yazısına bir cavab

  1. rovshen deyir:

    Xalqin 90 %-i Qenire xanim sizin fikrinizle hemreydir her halda cenab Prezident bu meseleye diqqet yonelder allahin komekliyi ile.
    Onsuzda komunal pulu, avtobuslarda qiymetler, butun erzaq mehsullarinin qiymeti (corek 50 qepik olub, 100 qr azer cay 1.70) artib cetindir cox cetin bu yandan da banklar. Mesele bundadir ki kredit goturende aldiqin mevacibin muqabilinde verirler artiq vermirler deyirler maashin buna imkan vermir, indi ise tersine olub krediti vermelisen axi maashimiz buna imkan vermir cenab bankirler……….

Şərhinizi yazın