Menu
Geri İrəli

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

IMG_AE8366-BB14FC-4A7AA4-FD594C-F05B4B-2BC517Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir.

Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir, işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir. Universitetin tələbələri üçün müntəzəm olaraq «İşəgötürənlə görüşə necə hazırlaşmaq lazımdır?», «CV-ni necə hazırlamaq lazımdır», «Karyera planlaşdırılması», «Könüllü işinin müsbət tərəfləri» və s. mövzularda təcrübəli təlimçilər, uğurlu karyeraya sahib olan peşəkar mütəxəssislər tərəfindən seminarlar təşkil edilir.

Qeyd edək ki, Qərb Universitetində 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və Universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir.

Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardım edir. Universitetin tələbəri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olmuşdur.

Tələbələrin istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkil olunması üçün də ardıcıl tədbirlər görülür, təcrübəçilərin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələri təmin edilir.

Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev,Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvü Fariz İsmayılzadə, BP-in Houston ofisində aparıcı Hüquq Müşaviri Səidə (İbrahimova) Bərvarz,AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərovkimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərb Universitetinin məzunudur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın