Menu
Geri İrəli

Qeyri-iş günlərinin sayı artırıldı – İyun ayında

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 1,478 dəfə • Şərh yoxdur
Share Button

kalendarAzərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, Nazirlər Kabinetindən bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.

Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.

Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar həmin gün də iş günü olmayacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın