Menu
Geri İrəli

“Qızıl Məryəm”in əri Qarabağ qazisi olub – “Fəryad”ın prototipi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2016 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

snip_20160107144643Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin həyatı ilə bağlı şok fakt məlum olub.

“Qafqazinfo” Femida.az-a istinadən xəbər verir ki, Məryəm Namədzadənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir. Yəni filmdə baş verən hadisələr Mehmanın başına gələnlərdir.
Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyətdə əsir düşmüşdü.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12- də qəfildən ürəktutmasından vəfat edib.

Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın