Menu
Geri İrəli

Qocanın qaçdığı qatarda Fədayə ilə görüş xəbəri… – Vəkil

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2017 • Baxış sayı: 897 dəfə • Şərh yoxdur
Share Button

qoca-fedayeFədayə Laçın adının bu cinayətdə hallanmasından peşmanlıq duyur. Tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı Modern.az-a verdiyi geniş müsahibədə bildirib.

Vəkil bildirib ki, istintaq getdiyindən müəyyən məsələləri açıqlaya bilmir. T.Süleymanlının sözlərinə görə, hazırda Fədayə Laçının xəstəliyilə bağlı narahatlığı var:

“O, əvvəllər hepatit xəstəliyi keçirib. Həbsxana şəraiti xəstəliyinə pis təsir edir. Özünüz də bilirsiniz ki, həbsxana kurort deyil. Onun həbs rejiminin dəyişdirilməsilə bağlı ən yaxın zamanda müraciət edəcəyik. Çoxları bunu Qocanın ölümündən sonra Fədayə xanım sarsınt keçirdi” kimi qəbul edir. Ancaq qətiyyən belə bir şey yoxdur”.

Vəkilin sözlərinə görə, Qoca qaçdığı gündən öldürüldüyü günə qədər F.Laçınla heç bir əlaqəsi olmayıb:

“Fədayə xanım Qocanın qaçması xəbərini sizin, bizim kimi efirdən, saytlardan oxuyub. Fədayə xanımın Qoca ilə o qaçan günündən ölən gününə qədər nə canlı, nə audio, nə video, nə də telefon kontaktları olub.

Qaçma anında Fədayə xanım nə qatarda, nə taksidə olub. İnsanlarda yanlış təsəvvür yaranıb ki, guya Fədayə Laçın həmin gün qatarda olub, orada həmin şəxslərlə görüşüb. Qətiyyən belə şey olmayıb. Fədayə xanım hər hansı nəqliyyat vasitəsində Qoca ilə görüşməyib. Onun qaçması barədə efirdən xəbər tutub. Ölən günə qədər də hər hansı əlaqəsi olmayıb”.

Qeyd edək ki, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Müşayiət altından qaçan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov hüquq-mühafizə orqanları tərəfindən əməliyyat zamanı öldürülüb. O, Fədayə Laçının sevgilisi idi.

Digər qaçan məhkum, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami saxlanılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın