Menu
Geri İrəli

Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 505 dəfə • Şərh yoxdur
Qonşusunu bıçaqlayan Lerik rayonu Veri Əliabad kənd məktəbinin direktoru Adil Rəhimov bu gün səhər saatlarında özünü öldürüb.
Bu barədə Publika.az-a Lerik rayon Təhsil Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, A.Rəhimov bu gün səhər saatlarında qardaşının qəbri üstündə odlu silahla özünü öldürüb.
Adil Rəhimovun Seyid Qurbanovu bıçaqlamasına səbəb aralarındakı torpaq davası olub. Belə ki, S.Qurbanov A.Rəhimovun ailəsinə məxsus torpaq sahəsini zəbt edib. Uzun müddətdir ki, onlar arasında torpaq davası davam edib. Rayonlarda torpaq şöbəsi ləğv edildiyindən torpaq işlərinə icra hakimiyyətləri baxır. Onlar dəfələrlə bu məsələyə görə İcra Hakimiyyətinə müraciət ediblər. İcra nümayəndəsi də kənddə olub, araşdırma aparıblar və torpaq sahəsinin A.Rəhimovun ailəsinə məxsus olduğu təsdiqlənib. Buna baxmayaraq, qarşı tərəf A.Rəhimovun ailəsinə böhtan atıb, məktəbdən şikayətlər yazıblar. Təhsil Şöbəsi də şikayətlər əsasında məktəbdə araşdırma aparıb və əsassız olduğu sübut edilib. Axırıncı dəfə də mübahisə ötən gün olub və bıçaqlanma ilə nəticələnib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın