Menu
Geri İrəli

Qubadlıdan çıxanların son görüntüləri: “Maşınımda şəhid gətirmişəm” (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur
Bu gün Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür.
Unikal.org Qubadlı sakinlərinin rayonu tərk etdiyi gününün görüntlərini əldə edib. Onlar rayonu necə tərk etdiklərini dilə gətirirlər. Qubadlının Mahruzlu kəndindən olan vətəndaş baş verənləri belə anladır: ”Böyük müşküllə çıxmışıq kənddən. Artıq 4 gündür. Heç olmasa buraya bir az su göndərərdilər”.
Digər Mahruzlu sakinin dediklərindən: ”Cəbrayıl tərəfdən ermənilər hücum etdi. Xanlıq kəndini bütöv dağırtdılar. Ordakı yüksəkliklərdən bizim kəndi atəşə tutdular. İnsanlar canlarını güclə qurtarıblar”.
Mahruzlunun digər yaşlı sakini: ”Bu dəqiqə çıxmışam kənddən. Maşınımda bir şəhid gətirmişəm. Mən 5 il döyüşmüşəm, belə hadisə görməmişəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın