Menu
Geri İrəli

Qubadlının işğalı ilə bağlı Ermənistanın Londondakı səfirliyi qarşısında qeyri-adi aksiya keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur
Share Button

Qubadlı rayonunun erməni silahlı bölmələri tərəfindən işğalının ildönümündə Londonda qeyri-adi aksiya keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, matəm içində olduğunu bildirmək üçün qara geyinmiş skripkaçı Qubadlının işğalı günündə Ermənistanın Londondakı səfiri qarşısında Azərbaycanın kədərli musiqisini ifa edib.

“London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsinin Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomat hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib”, – deyə məlumatda bildirilir.

TEAS-ın London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomat Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib, sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı isə bildirib ki, Böyük Britaniyada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var.

Cek Peqoraro bildirib ki, bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır: “Qara paltar geyinmiş, üzü bağlı xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqilərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.

Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə işğal olunub. İşğal zamanı 238 dinc sakin qətlə yetirilib. İşğaldan sonrakı beş il ərzində isə 148 nəfər aldığı xəsarətdən vəfat edib.

14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul edib. Bu, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədən biridir. Qəbul olunduğu tarixdən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

1-2 dsc01886

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın