Menu
Geri İrəli

Ramil Usubov iki polis rəisini dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2016 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

9cf10f922ecf35927068f9979ffdf906

Bu gün Daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən Xaçmaz rayon polis şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami rayon polis idarəsinə rəis təyin edilib.

Digər bir əmrlə isə Nizami rayon polis idarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz rayon polis şöbəsinin rəisi təyin edilib.

Yeni təyinatlar bölgənin hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: “Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəyəm. İşimə vicdanla yanaşacağam”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın