Menu
Geri İrəli

Ramil Usubovun Sumqayıtda qəbul vaxtı dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2016 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

axar.az1391370325ramilDaxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabr ayının 10-na keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, həmin gün saat 10:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.Axar.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın