Menu
Geri İrəli

Rauf Arifoğlu cəbhəsindən İsa Qəmbərə: “Əlinizdən bir iş gəlmir, qorxmayın, həbsə girin”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2015 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

8ffd0fd46a57b3445254d11fbdc91af5Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefasına və “Əməkdar jurnalist” fəxri adı almasına münasibət bildirib.

Lent.az-ın məlumatına görə, İ.Qəmbər özünün “Facebook” səhifəsində yazdığı qeydində bildirib ki, proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, partiyadan çıxmasına ətraflı izah verib. Sabiq başqan baş redaktorun fəxri ad almasını isə onun prezident İlham Əliyevlə barışması kimi qiymətləndirib.

“Yeni Müsavat” cəbhəsindən İsa Qəmbərə cavab isə özünü çox gözlətməyib. Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan yenə “Facebook”dan sabiq başqanı ağır sözlərlə ittiham edib: “Bu günə kimi bir öz barışdıqlarınıza baxın, bir bizim barışdığımıza. Rəsul Quliyevdən, Lalə Şövkətə, Əli İnsanovdan, Gültəkin Hacıbəyliyə, Rəhim Qazıyevdən Etibar Məmmədova, Rüstəm İbrahimbəyovdan Əli Ömərova kimi onlarca Əliyevçilərə qucaq açmısınız. Bu adamları Heydər və İlham Əliyevlər dövlətə sözün birbaşa və dolayı mənasında qurşun sıxdıqlarına görə, siyasi dönüklük etdikləri üçün vəzifədən, təmsil olunduqları postlardan qovub. Onlar həmin adamları qovduqca, siz bunların reabilitasiyasını icra edib yenidən siyasi həyata döndərmisiz. Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz”.

Azər Ayxan ad çəkmədən yazıb ki, İsa Qəmbərə “Yeni Müsavat”çıların onun əvəzinə hakimiyyətlə vuruşub, həbsxanaya düşməsi sərf edir: “O isə bəyanat versin ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın