Menu
Geri İrəli

Referendumla bağlı təşəbbüs qrupu yaradılıb – Sumqayıt Bələdiyyəsində

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur

444Bu gün Sumqayıtda Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə yığıncaq keçirilib. Yığıncaqda bələdiyənin üzvləri, aparat işçiləri, məhəllə komitələrinin nümayəndələri, şəhər Ağsaqallar Şurasının üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Toplantıda Referendumun keçirilməsinə dəstək məqsədi ilə təşəbbüs qrupu yaradılıb və Sumqayıt Bələdiyyəsindən referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələr seçilib.

Çıxış edən Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov bildirib ki, təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.

Daha sonra çıxış edən bələdiyyə və  şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, bələdiyyə üzvləri Akif Kərimov, Fəxrəddin Rəhimov, bələdiyyə komitəsinin sədrləri Mirzağa İsgəndərov, Nadir Həsənov və başqaları sumqayıtlıların bu referendumda aktiv iştirak edəcəyini, dövlətimizin maraqları mövqeyindən çıxış edərək öz münasibətlərini  ifadə edəcəklərini bildiriblər.

Daha sonra səsvermə ilə 58 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın